Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da

23/10/2023

Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin vitse-prezidenti Jou Feinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Nümayəndə heyəti ilə görüş zamanı BDU-nun rektoru Elçin Babayev qonaqlara Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, iki universitet arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Rektor həmçinin BDU ilə Anhui Universiteti arasında bakalavriatura səviyyəsində Çin filologiyası ixtisası üzrə ikili diplom proqramının yaxın zamanlarda imzalanması və gələcəkdə bu proqramın üçlü diplom proqramına çevrilməsi imkanları haqqında danışıb. Elçin Babayev ortaq mədəni tədbirlərin, forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib.

Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin vitse-prezidenti Jou Fei səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, BDU rektorunu Anhui Universitetinə səfərə dəvət edib. O, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun qazandığı uğurlardan danışıb və Anhui Universiteti haqqında ətraflı məlumat verib. Jou Fei Anhui Universitetinin 130-dan çox region və ölkə ilə beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026