Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

26/12/2025

Çin Xalq Respublikasının (ÇXR) Fudan Universitetinin Zhangjiang İnstitutunun layihə əməkdaşlığı qrupunun rəhbəri Tian Xiaohongun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov qonaqlara Universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüş zamanı hər iki universitet arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Daha sonra akademik əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbələr üçün mübadilə proqramlarının yaradılması, innovasiya və texnologiya sahəsi üzrə, o cümlədən biotibb və süni intellekt istiqamətlərində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər arasında gələcək fəaliyyət planının hazırlanması barədə qarşılıqlı razılıq əldə edilib.

Çinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fudan Universiteti 1905-ci ildə təsis edilib. 16 fakültəsi olan bu Universitet QS Dünya Universitetləri Reytinqində 30-cu, “Times Higher Education” (THE) reytinqində isə 36-cı yerdə qərarlaşıb.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026