Çinin Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da

16/12/2025

Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının nümayəndələri Bakı Dövlət Universitetində (BDU) olublar.

Nümayəndə heyətinə BDU-nun tarixi, elmi tədqiqat, tədris fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin ən böyük və qədim ali təhsil müəssisəsi olan BDU-da hazırda bakalavriat səviyyəsində 78 ixtisas, magistraturada 243 ixtisaslaşma, doktoranturada isə 131 ixtisas üzrə kadrlar hazırlanır. 25 mindən artıq tələbəsi olan universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 22 elmi-tədqiqat laboratoriyası, 5 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, ikili diplom proqramları həyata keçirir. BDU Çinin elmi qurumları ilə də müxtəlif istiqamətlər üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Qonaqlar Çinin Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının fəaliyyət istiqamətlərindən bəhs ediblər. Bildirilib ki, Modernləşmə Milli Akademiyası modernləşmənin Çin modeli, nəzəriyyəsi, tarixi, digər ölkələrlə müqayisəli təhlili istiqamətində, sosial, iqtisadi sahələrdə araşdırmalar aparır. Azərbaycan qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayır. Bu baxımdan Azərbaycanın aparıcı ali məktəbi olan BDU ilə əməkdaşlıq, modernləşmənin, sosial, iqtisadi siyasətin müxtəlif aspektləri üzrə araşdırmaların aparılması faydalı olacaq.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, konkret təkliflər səsləndirilib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026