ICESCO BDU-da tərs mühəndislik üzrə təlimlər keçirəcək

09/06/2021

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşəbüsü və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə 2021-ci il iyulun 26-dan 29-a qədər BDU-da gənc tədqiqatçılar üçün tərs mühəndislik üzrə təlimlər keçiriləcək.

Proqram çərçivəsində cihaz mühəndisliyi sahəsində bacarıqların artırılması məqsədilə sadə və mürəkkəb cihazların və qurğuların əsasları, hazırlanması, diaqnostikası, təmiri, dizaynı və proqramlaşdırma ilə bağlı biliklər tədris ediləcək.

Təlimlərdə BDU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin hər birindən  tədqiqatçıların iştirak etməsi nəzərdə tutulur.

Qeyd edək ki, təlim proqram Təhsil Nazirliyinin ICESCO ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026