IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

20/04/2024

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib.

Olimpiadanın təşkilatçıları BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutu,  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.

Olimpiadanın final mərhələsinin qalibləri bu il 17-26 avqust tarixlərində Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaq və seçmə imtahanından uğurla keçən komanda ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.

Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026