IV Bakı Beynəlxalq Humanitar Forumu III bölmə ilə başa çatdırıb

03/10/2014

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu mövzusunda dəyirmi öz işini “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” adlanan III bölmə ilə başa çatdırıb. Bölmənin moderatoru Fizika üzrə Nobel mükafatı laureatı, Teodor Volfanq Hanş (Almaniya), ko-moderatorlar Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Stefan Vodeniçarov və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva olub. Bölmədə Fizika üzrə Nobel Mükafatı Laureatı Teodor Volfang Henş “Lazer tezlik darağı fənlərarası innovasiyaların aləti kimi”, Rio de Janeyro Universitetinin rektoru, professor Levi Karlos Antonio “İnnovativ inkişaf üçün fənlərarası inteqrasiyada universitetlərin rolu”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva “Təhsildə fənlərarası inteqrasiyanın problemləri haqqında”, Rumıniya Qabaqcıl Strategiyalar Mərkəzinin direktoru Buzati Razvan “Dəyişən dünyada qlobal biliklərə əsaslanan cəmiyyətin qurulması”, Özbəkistanın Təhsil Nazirliyi, Yeni Tarix Mərkəzinin direktoru Əlişir Sabirov “İnnovasiyalar və şifahi tarixin fənlərarası xarakteri”, BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “İnsan kapitalının formalaşmasının fənlərarası tədqiqi”, BDU-nun Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev “Tarix fənninin tədrisində innovativ və fənlərarası yanaşmalar”, BDU-nun Beynəlxaq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov “Bakı Dövlət Universitetində XXI əsr hüquqşünaslarının hazırlanması və formalaşdırılması prosesində fənlərarası texnologiyaların inteqrasiya və tətbiqi məsələləri” mövzusunda çıxış ediblər.

Dəyirmi masa yekun müzakirə və Bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 3 oktyabr 2014-cü il.


Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025