Jurnalist Ekspert Mərkəzinin rəhbəri tələbələrlə görüşüb

05/02/2015

Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. Fakültənin IV kurs tələbələri ilə görüşən Ceyhun Musaoğlu müstəqil medianın formalaşması, müasir durumu barədə danışıb.  Xəbəri  jurnalistikanın ən çətin janrı hesab edən C.Musaoğlu jurnalist olmaq istəyən tələbələrin daha çox nəzəriyyə ilə yüklənməsinə diqqət çəkib, jurnalist üçün fikrin dəqiqliyi, obyektivliyi məsələlərinə toxunub. JEM rəhbəri həm də vətəndaş jurnalistikası və onun əskik tərəflərini tələbələrə izah edib.

Görüşdə Ceyhun Musaoğlu fakültə tələbələrinin suallarını dinləyib və ətraflı cavab verib.

Nurlan Səlim

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026