“Jurnalist” fərqli formatda

06/03/2019

BDU-nun Jurnalistika fakültəsi tələbələrinin hazırladıqları “Jurnalist” qəzetinin növbəti nömrəsi çapdan çıxıb. Qəzetin bu sayını “Qəzetdə praktik iş” seçmə fənn tələbələri hazırlayıb. “Şərq” qəzetinə əlavə olaraq çap edilən “Jurnalist”in bu dəfəki xüsusi buraxılışında tələbələrin bədii formada yazdıqları həyat hekayələri işıq üzü görüb.
Tələbə-jurnalistlər Fidan Həbibli, Kənan Novruzov, Gülçin Vəfa və Tağı Həsənov yazıları oxuyub, redaktə edib, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti və qəzetin baş redaktoru Könül Niftəliyeva ilə birlikdə “Şərq” qəzetinin redaksiyasında səhifələyiblər.
Dörd nəfərlik işçi qrupunun fikrincə, qəzet istehsalı çətin olsa da, kifayət qədər maraqlı və məsuliyyətli prosesdir. Tələbələr düşünürlər ki, bu cür praktik biliklər onların gələcək peşəkar karyeraları üçün olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, oxucular tələbə-jurnalistlərin fərqli formada təqdim etdikləri həyat hekayələrini maraqla qarşılayıblar.

Mətbuat və informasiya şöbəsi, 07 mart 2019-cu il.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026