Anadolu universitetinin professoru tələbə-jurnalistlərə ustad dərsi keçib

02/12/2022

Türkiyənin Anadolu Universitetinin Mətbuat və yayım bölümünün professoru Ömər Özər Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib. Tədbirdə professorun “Mediada şiddət xəbərlərinin  işıqlandırılması” mövzusunda mühazirəsi dinlənilib.

Professor tələbələrə şiddətlə bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yayılmasının fəsadları barədə ətraflı məlumat verib, problemin etik tərəflərinin aktual olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, intihar xəbərlərinin, ailədaxili zorakılıq hallarının ictimailəşdirilməsi, həmçinin qadına şiddətlə bağlı informasiyaların geniş auditoriyalara ötürülməsi belə neqativ nümunələrin cəmiyyətdə yayılmasına və adiləşməsinə səbəb ola bilər.

Türkiyə mediasından praktik örnəklər gətirən professor bu halların qarşısının alınması üçün gənc jurnalistlərə etik kodekslərə ciddi əməl etməyi və məsələyə həssas yanaşmağı tövsiyə edib.

Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, professor Ömər Özər mədəniyyətlərarası kommunikasiya, kommunikasiya nəzəriyyələri və xəbər sosiologiyası, televiziya jurnalistikası üzrə bir çox elmi tədqiqatların müəllifidir.




Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026