BDU-da “Döyüşən jurnalistika” adlı tədbir keçirilib

05/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllim və tələbələrinin   Vətən müharibəsində ön cəbhədə döyüşən və hərbi əməliyyatların gedişini işıqlandıran jurnalistlərlə görüşü keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev fakültənin döyüşlərdə igidlik göstərən, müxtəlif medallara layiq görülən məzunlarını və informasiya cəbhəsində vuruşan jurnalistləri iştirakçılara təqdim edib.

Fakültənin dekan əvəzi Sevinc Əliyeva Vətən müharibəsində şücaət göstərən jurnalist həmkarlarımızın əvəzolunmaz rolunu diqqətə çatdırıb.

Müharibə iştirakçısı olmuş məzunlar - “Azərbaycan” qəzetinin şöbə redaktoru, baş leytenant Rəşad Baxşəliyev, Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov, AZƏRTAC-ın müxbiri Elmir Səftərov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin proqramçısı Əli Allahverdiyev döyüş xatirələrini bölüşüblər. Tələbələri Zəfər Günü münasibətilə təbrik edən məzunlar Azərbaycan gənclərini hər zaman istər ön cəbhədə, istərsə də informasiya cəbhəsində sayıq olmağa çağırıblar.

Sonra döyüş bölgəsinə ezam olunmuş, müharibəni işıqlandıran jurnalistlərdən Azərbaycan Televiziyasının “Xəbərlər” studiyasının direktoru Vüsal Qaraca, bölgə müxbiri Elnur Əkbərov, İctimai Televiziyanın Analitik şöbəsinin redaktoru Araz Xan və “ARB24” televiziyasının redaktoru Nurlan Vilayətoğlu müharibə jurnalistikasının incəliklərindən bəhs ediblər.

Səmimi, interaktiv mühitdə keçən görüşdə qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026