Jurnalistika fakültəsi yenə qalib oldu

15/03/2011

Bu gün Bakı Dövlət Universitetinin yeməkxanasında Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirildi. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bütün tədbir iştirakçılarını və xalqımızı bu gözəl bayram münasibətilə təbrik etdi. Bahar bayramını birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin günü-gündən inkişaf etdiyini söyləyən rektor, Azərbaycanın reytinqinin ilbəlil artdığından, dünya dövlətlərinin, beynəlxalq təşkilatların bütün sahələrdə gənc dövlətimizlə hesablaşdığından da danışdı. Bildirdi ki, tələbələr daha yaxşı oxumalı, Azərbaycanın bayrağını daha da yüksəklərə qaldırmalıdır.

Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirildi. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat verdilər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik etdi, xoş günlər arzuladı. Sonda münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşdi.

Beləliklə, birinci yerə jurnalistika, ikinci yerə digər 16 fakültə layiq görüldü. Fakültələrə pul mükafatı təqdim edildi.

Qeyd edək ki, jurnalistika fakültəsi ötən il də birinci yeri tutmuşdu.

Tədbir konsert proqramı ilə başa çatdı.

Mətbuat və İnformasiya şöbəsi, 15 mart 2011-ci il.



Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026