Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

15/01/2020

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. 1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.

Daha sonra Sosial Tədqiatlar Mərkəzinin direktor müavini, politoloq, siyasət  üzrə elmlər doktoru Elşad Mirbəşiroğlu “20 Yanvar faciəsi: səbəbləri, nəticələr” adlı məruzə ilə çıxış edib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, silahsız mülki şəxsləri, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, bununla da beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur. Doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən gənc jurnalistlərin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik”.

Tədbirdə iştirak edən professorlar Cahangir Məmmədli, Həmid Vəliyev, Allahverdi Məmmədli 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığı, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyi vurğulayıblar.

Mərasimdə çıxış edən fakültənin üçüncü kurs ingilis bölməsinin tələbəsi Hacıbaba Mustafayev  qeyd edib ki, bü­tün fa­ci­ə­si ilə ya­na­şı, 20 Yan­var gü­nü xal­qı­mı­zın milli su­ve­ren­lik, azad­lıq uğ­run­da ye­nil­məz ira­də­si­nin rəm­zi­dir. Fa­ciə xal­qı­mı­zın mil­li azad­lıq uğ­run­da mə­ba­ri­zə­si­nin şan­lı sə­hi­fə­si­dir. Tə­pə­dən dır­na­ğa qə­dər silahlanmış im­pe­ri­ya ordusu­nun cə­za təd­bir­lə­ri mil­lə­ti­mi­zin haqq sə­si­ni bo­ğa bilmə­yib ək­si­nə, yum­ruq ki­mi bir­lə­şən xal­qı­mız öz eti­ra­zı­nı, nif­rə­ti­ni da­ha uca­dan bə­yan edib.

Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024