Jurnalistika fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

06/11/2020

2020-ci il 6 noyabr tarixində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib.

Fakültənin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi virtual görüşdə dekan Vüqar Əliyev Universitetə qəbul olunmuş tələbələri bu münasibətlə təbrik edərək, fakültə və seçdikləri ixtisas haqqında ətraflı məlumat verib, fakültədə tələbələr üçün yaradılmış əlverişli şəraitdən bəhs edib. Ölkədə yüksəkixtisaslı jurnalist kadrların hazırlanmasında mühüm rol oynayan BDU-nun Jurnalistika fakültəsinin birinci kursları ilə görüşün milli teleradio günündə keçirilməsinin xoş bir təsadüf olduğu qeyd olunub.

Onlayn görüşdə iştriak edən dekan müavinləri Könül Niftəliyeva, Sevinc Əliyeva və Samir Mirzəyev də öz növbələrində, BDU-dakı mövcud təhsil və tədris sistemi, Boloniya prosesi, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi, imtahanların təşkili, dərs cədvəli, mühazirələr, məşğələlər və digər məsələlərlə bağlı tələbələrə ətraflı məlumat veriblər.

Microsoft Teams platforması vasitəsilə baş tutan görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026