Jurnalistika fakültəsində Əhməd bəy Ağaoğlu ilə bağlı açıq dərs keçirilib

19/04/2019

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan açıq dərs keçirilib.

Dərsi giriş sözü ilə açan fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il aprelin 10-da “Əhməd bəy Ağaolunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması böyük ədibə ehtiramın ifadəsidir. Görkəmli ictimai xadim və yazıçı, publisist Əhməd bəy Ağaolu Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan olub.

Daha sonra fənn müəllimi, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu açıq dərsin keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb.  Türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışıb.

Açıq dərsdə fakültənin pofessor-müəllim heyəti və tələbələri ilə yanaşı, BDU-nun Tədris metodiki şurasının sədri, akademik Vasif Babazadə, Tədris Metodiki Şurasının katibi, dosent Vaqif Qasımzadə, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 19 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026