Jurnalistika fakültəsində magistr dissertasiyalarının ilkin müzakirələri başa çatıb

06/05/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirmiş və elmi-tədqiqat işini uğurla başa çatdırmış II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Müzakirələrdə 3 kafedra üzrə 6 ixtisaslaşmada təhsil alan magistrantlar dissertasiya işlərinin ilkin müzakirələrini uğurla yekunlaşdırıb.
Magistrantlar - Lamiyə Süleymanlı, Sünbül Zalova, Xanım Cəfərova, Nigar Abbasova, Yetər Kərimova, Çin Xalq Respublikasından olan əcnəbi tələbələr Liu Xiaonan və Wang Wei-nin tədqiqat işi ətraflı müzakirə edilib və qiymətləndirilib.
Müzakirələrdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti çıxış edərək pandemiya şəraitinə baxmayaraq magistrantların dissertasiya işlərini müfəssəl yazmaqlarını təqdirəlayiq hal hesab edib, elmi rəhbərlər və kafedralar tərəfindən tədqiqat işlərinə məsuliyyətli yanaşmanı yüksək qiymətləndiriblər.

 

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026