Jurnalistika fakültəsində növbəti elmi seminar

25/05/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasında “Müstəqil Azərbaycan uğrunda mübarizə dövrünün mətbuatında Qarabağ problemi” mövzusunda onlayn elmi seminar keçirilib.

Kafedranın əyani doktorantı Nuranə Həsənova mövzu ilə bağlı çıxış edib, Azərbaycan-Ermənistan arasında baş verən Dağlıq Qarabağ münaqişəsinin XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olduğundan, onun nəticələrinin milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərdiyinindən danışıb. O, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlar, terror əməlləri ilə başlamış bu münaqişənin Azərbaycana qarşı təcavüzlə nəticələndiyini diqqətə çatdırıb.

Məruzədə həmçinin Dağlıq Qarabağda erməni separatçıları və Ermənistanla çoxillik müharibə, həmçinin ideoloji təxribatlar, həqiqətlərin mətbuat tərəfindən işıqlandırılması, eləcə də onların nəticələrinin publisitikada geniş əks olunması barədə məlumat verilib. Azərbaycanın ziyalıları və jurnalistlərinin ermənilərin döyüş meydanlarında işgəncə və ağlasığmaz vəhşiliklərindən bəhs edən yazıları, KİV nümayəndələrinin hadisələrin təsvirində və onlara qiymət verilməsində tarixi obyektivlik mövqeyindən çıxışlarından bəhs edilib.

Seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026