Jurnalistika fakültəsində tanınmış məzunlarla görüş keçirilib

16/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrlə bir qrup məzunun onlayn görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev bu ənənənin illərdir davam etdiyini bildirib. Gələcək jurnalistlərlə praktik qələm sahibləri arasında belə görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək tədbir iştirakçılarına fakültənin son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verib, tələbələrə yaradılan şəraitdən danışıb. Jurnalistika fakültəsi ilə məzunların sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

Fakültə dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev qonaqları salamlayaraq görüşün keçirilmə məqsədi barədə məlumat verib. Fakültədə tələbələrin inkişafı üçün görülən işlərdən, perspektiv layihələrdən bəhs edib. Tələbələrə tarixə bağlı olmağı, ona sahib çıxmağı qorumağı tövsiyə edən dekan qeyd edib ki, dünyada baş verən dəyişikliklər nəticəsində yeni informasiya-kommunikasiyal vasitələri əmələ gəlir, bu da öz növbəsində yeni imkanlar yaradır.

Keçmiş məzunlardan Azərbaycanın Əməkdar jurnalisti, “Xalq qəzeti”nin yazarı Namiq Əhmədov öz tələbəlik illərindən, fakültədəki müsbət atmosferdən danışıb, junalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. Qonaq əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb. N.Əhmədov tələbələrlə görüşdə özünün jurnalistikaya həvəsinin yaranmasından və hazırki fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Konflikt Jurnalistikası Məktəbinin rəhbəri Əlisəfa Mehdiyev öz növbəsində jurnalistika fakültəsinin məzunu olmağından qürur hissi keçirdiyini vurğulayaraq tələbəlik illəri ilə bağlı xatirələrini tələbələrlə bölüşüb. Birinci Qarabağ müharibəsindəki iştirakından və Vətən müharibəsində jurnalistlərlə keçirdiyi görüşlərindən bəhs edən Ə.Mehdiyev tələbələrə konflikt jurnalistikası ilə bağlı maraqlı məlumatlar verib.

Qonaqlar məhz BDU-nun Jurnalistika fakültəsinin məzunu kimi, görüşdə yaşadıqları duyğuları da tələbələrlə bölüşüblər.

Görüşün sonunda tələbələrin suallarını cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026