Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti təlimi keçirilib

02/11/2018

Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin məzunu, “Beynəlxalq trenerlər assosasiyası”nın üzvü Nəcəf Allahverdiyevin “Xarizmatik natiq” adlı təlimi keçirilib.

Tədbiri açan fakültə TEC-in rəhbəri, dosent Vəfa İsgəndərova qonağı salamlayıb, keçirilən təlimin əhəmiyyətindən bəhs edib.

Daha sonra Nəcəf Allahverdiyev tələbələrlə fikirlərini bölüşüb, günümüzdə media dünyası, natiqlik sənəti kimi məsələləri dəyərləndirib, auditoriya qarşısında çıxışların prinsiplərini izah edib, öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş tələblələrə tövsiyələrini çatdırıb. Qonaq qüsursuz nitqə sahib olmağın yollarına dair təlimi ilə fakültə tələbələrinin diqqətini dolğun səsə sahib olmaq, söz ehtiyatının artırılması, düzgün nəfəs almaq, auditoriya qarşısında sərbəst çıxış etmək, insanlarda xoş təəssürat yaratmaq və bir sıra vacib məsələlərə cəlb edib.

Tələbələr qruplara ayrılaraq müxtəlif mövzulara aid ideyaları müzakirə ediblər. Aktiv diskussiya şəklində davam edən təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 02 noyabr 2018-ci il.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026