Jurnalistika fakültəsinin kollektivi Fəxri Xiyabanda olub

17/09/2018

Bu gün “Bilik Günü” münasibətilə Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin birinci kurs tələbələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Ziyarətdə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, dekan müavinləri - dosent Könül Niftəliyeva, dosent Aytəkin Zeynalova və tələbələr də iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu giriş sözü ilə çıxış edərək bildirib ki, BDU-nun Jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitün formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də Azərbaycanın dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Tədbir iştirakçılarından Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru  Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.

Mətbuat və informasiya şöbəsi, 17 sentyabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”  

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
29/04/2026

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim
29/04/2026

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib
29/04/2026