Jurnalistika fakültəsinin əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

10/11/2017

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin əməkdaşı Leyla Rəşid İtalıyanın "Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun (IREPI) fəxri üzvü seçilib. IREPI bir araşdırma mərkəzi kimi Avropa, Amerika, Asiya və Afrika dövlətlərində siyasət, sosiologiya və beynəlxalq iqtisadiyyat sahəsində analitik tədqiqatlar aparır. "Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun(IREPI) fəaliyyət strategiyası müasir siyasi sistemlərin monitorinqinə, qlobal səviyyədə insan hüquqlarının və insan hüquqlarının inkişafı üçün fikirlərin və konkret təkliflərin hazırlanmasına, habelə beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi kimi ticarətin inkişafı üzrə layihələr və tövsiyələrin təqdim edilməsinə yönəlib. İnstitutun məqsədi müxtəlif siyasi və iqtisadi ssenarilərin tədqiqata cəlb edilməklə daha yaxşı anlaşılmasını təmin etmək, dünyanın bir çox regionları, xüsusiləAralıq dənizi, Qafqaz, Yaxın Şərq və Arktika arasında dialoq və qarşılıqlı əlaqələrin təşviq edilməsi üçün bir "mədəni və iqtisadi köprü" rolunu oynamaqdır. "Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar İnstitutu (IREPI), mövcud qloballaşmış cəmiyyətin və yeni transmilli fenomenlərin təhlili və innovativ beynəlxalq layihələrin hazırlanması üçün, bir-birindən uzaq, lakin qloballaşma və rəqəmsal cəmiyyət prosesləri ilə birləşən, dünyanın müxtəlif ölkələrindən olan geoanalitiklərin, analitik jurnalistlərin, tədqiqatçıların bir platformada fəaliyyətini təmin edir.

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2017-ci il.

http://irepi.com/about-us/membri-onorari/

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026