Jurnalistika fakültəsinin professoru vəfat edib

15/03/2017

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Radio və televiziya kafedrasının professoru Aydın Dadaşov dünyasını dəyişib. 1989-cu ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışan Aydın Dadaşov 1952-ci il martın 1-də anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan İqtisad Universiteti) iqtisadiyyat fakültəsini bitirib, hərbi xidmətdən sonra “Azərbaycanfilm” kinostudiyasında iqtisadçı, bədii filmlər üzrə direktor kimi fəaliyyət göstərib. 1982-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi, Kinematoqrafiya İnstitutunun (Ümumrusiya Teatr Akademiyası) dram sənəti fakültəsini, 1984-cü ildə ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq kafedrasının dissertantı olub. “Ekran dramaturgiyasının informasiya gerçəkliyi” adlı namizədlik, “Ekran dramaturgiyasında mövzu, struktur, janr problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edib. 60-dan çox müxtəlif janrlı filmin ssenari müəllifi və rejissoru olan A.Dadaşov ali dərəcəli rejissor, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı idi. Alimin AMEA-nın Tarix, Fəlsəfə və Hüquq, Memarlıq və İncəsənət, Ədəbiyyat İnstitutlarının Elmi Şurasının qərarlarına əsasən “Qarabəy Qarabəyovun mühiti və idealları”, “Demokratiya və islam”, “İran kinosunun inkişaf təmayülləri”, “Rejissorluğun üslub problemləri”, “Ekran dramaturgiyasında mövzu, struktur, üslub, janr problemləri”, “Müstəqillik dövrünün dramaturgiyası”, “Müasir Azərbaycan dramaturgiyası” monoqrafiyaları, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənən, “Ssenari yaradıcılığı”, “Kinoşünaslıq”, “KİV-də reklam və marketinq problemləri” dərslikləri, “Ekran publisistikası” dərs vəsaiti, “Dəvətnamə”, “Qərib”, “Madaqaskar” adlı nəsr kitabları, o cümlədən üç yüzə yaxın elmi məqaləsi çap olunub. BDU-nun Filologiya, ADMİU-nun Sənətşünaslıq üzrə ixtisaslaşmış müdafiə şuralarının, “Azərbaycanfilm kinostudiyasının Bədii şurasının üzvü olmuş A.Dadaşovun rəhbərliyi altında 10-dək alim müdafiə edib.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024