Jurnalistika fakültəsinin tələbələri “Aqrar ixtisaslaşmış Jurnalistlər” layihəsində iştirak edirlər

20/02/2019

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aqrar ixtisaslaşmış Jurnalistlər” adlı layihəyə start verilib. Məlumat üçün bildiririk ki, Respublikamızda aqrar sahənin müasir texnologiyaların tətbiqi hesabına intensiv əsaslarla inkişaf etdirilməsi hazırda prioritet vəzifələrdən biri kimi müəyyən edilib və fermerlərin təsərrüfat fəaliyyətlərini müasir metodlarla həyata keçirmələri, yeni texnika və texnologiyalardan daha geniş istifadə etmələri üçün onların sistemli şəkildə maarifləndirilməsinə  ehtiyac yaranıb.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin rəqəmsal mediaya marağının artırılması, onların kənd təsərrüfatı sahəsindəki aktual proseslərdən xəbərdar olmasına, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsinə, aqrar jurnalistlərin davamlı və həvəsli inkişafına töhfə vermək, bu sahədə daha əhatəli və müfəssəl təhlil materiallarına əsaslanan məqalələrin yazılmasına dəstək olmaqdır.

Qeyd edək ki, layihəyə mart ayının 17-si yekun vurulacaq. Regionlarda aqrar sahənin inkişafının təşviqi, gənclərin bu sahəyə cəlb olunmasının təşkili, kənd təsərrüfatında dövlət xidmətlərinin göstərilməsinə dəstək və aqrar sahədə maarifləndirmə işlərinə töhfə vermək layihənin əsas istiqamətləridir.

Xəbərlər

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə
02/03/2026

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır
02/03/2026

ADPU tələbələri BDU-nun Fizika fakültəsi ilə tanış olublar

ADPU tələbələri BDU-nun Fizika fakültəsi ilə tanış olublar
02/03/2026