Jurnalistika fakültəsinin tələbələri buraxılış işlərini müdafiə ediblər

07/06/2017

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının da qonaq qismində iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekan əvəzi, dosent Vüqar Əliyev  diplomçulara uğurlar arzulayıb.

Daha sonra Fidan Xasayeva  “Jurnalistikada xəbər yaradıcılığının əsas prinsipləri”, Nərgiz Qəzənfərli  “Azərbaycanın müasir rusdilli mətbuatı”, Firayə Allahverdiyeva “Azərbaycanda yayımlanan xarici radioların iş xüsusiyyətləri”, Xalidə urxayzadə  “H.Zərdabinin publisistikasında maarifçilik ideyaları”, Ramazan Həşimov  “Demokratik dəyərlərin formalaşmasında KİV-in rolu”mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, müdafiədə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Sosial məsələlər üzrə dekan müavini, s.e.ü.f.d. Aytəkin Zeynalova,  Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və tələbələr də iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 07 iyun 2017-ci il.


Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026