Jurnalistika fakültəsinin tələbələri növbəti təlimi uğurla başa vurub

22/02/2020

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi  (TİKA) və Türkiyə Radio-televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan “Yeni media və xəbərçilik” təhsil seminarının bağlanış mərasimi keçirilib. 17-21 fevral tarixlərində keçirilən təlimdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 5 nəfər tələbəsi iştirak edib. Təlim çərçivəsində rəqəmsal media fəaliyyəti, sosial media marketinqi, rəqəmsal medianın idarə edilməsi, multimedia xəbər texnikası, beynəlxalq jurnalistikada xəbər iqtisadiyyatı, mobil tətbiqetmə kimi məqamlara aydınlıq gətirilib.

Müasir dünyada rəqəmsal medianın geniş imkanlarından danışan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral jurnalistikanın inkişaf edən dünyaya və yeni media meyillərinə uyğunlaşmasının əhəmiyyətli olduğunu, Azərbaycanla hər sahədə həyata keçirilən əməkdaşlığın bu mövzuda da davam etdirildiyini söyləyib.

Sonda təlimi uğurla başa vuranlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimləri TRT-nin əməkdaşı Ömər Darbaz keçib. Layihə çərçivəsində ilk mərhələnin seçimləri Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstanda da baş tutacaq. Birinci mərhələdə müvəffəqiyyət qazanan iştirakçılar aprel ayında İstanbul və Ankarada təcrübə keçmək imkanı əldə edəcək.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026