Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

24/05/2019

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsininin II kurs tələbələrinin təqdimatında “Tələbə xəbər” layihəsinin təqdimatı olub.  “Televiziya jurnalistikası” fənninin seminar dərslərinin yekunu olaraq hazırlanan praktik işlər barədə fənn müəllimi və layihənin rəhbəri Leyla Rəşid  məlumat verib. O, bildirib ki, tələbələr dərs müddətində nəzəri bilik və bacarıqlarına əsasən analitik, xəbər və araşdırma süjetlər hazırlayıblar.
Daha sonra tələbələrin təqdimatında xəbər, araşdırma, analitik süjetlər, reportajlar və müsahibələr nümayiş olunub.
Sonda Televiziya və radio kafedrasının müdiri Allahverdi Məmmədli, professor Qulu Məhərrəmli, dosent Sevil Həsənova, dosent Zaur Babayev, Azərbaycan Televiziyasının müəllif proqramları və xüsusi layihələr departamentinin müdiri Bəxtiyar Qaraca, Asan Radionun direktoru, tanınmış teleaparıcı Emin Musəvi, Əməkdar jurnalist Qərənfil Xəlilova, jurnalist-yazar Natəvan Dəmirçioğlu, fakültənin əməkdaşları və tələbələr iştirak ediblər. Çıxışçılar praktik işləri yüksək qiymətləndirib, tələbələrə uğurlar arzulayıblar.

Mətbuat və informasiya şöbəsi, 24 may 2019-cu il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026