Jurnalist-tələbələr NLP mövzusunda mühazirə dinləyib

25/02/2016

Neyro-linqvistik proqramlaşdırma (NLP) ustadı Şamil Şahbazov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tələbə jurnalistlərin qonağı olub. Beynəlxalq jurnalistika kafedrasının müəlliməsi Vəfa İsgəndərovanın tədris etdiyi “Xarici ölkələrin jurnalistikası tarixi” fənnində qonaq olan Ş.Şahbazov fakültənin III kurs tələbələrinə NLP, auditoriyanı ələ ala bilmək, mövzuya giriş texnikaları kimi sahələr haqqında məlumat verib. Xaricdə və Azərbaycanda vətəndaşların, xüsusilə, yaşlı nəslin düşüncə fərqləri, bunlara təsir edən amillər haqqında söhbət açan Ş.Şahbazov məqsəd və hədəf, ictimai qınağın güclü təsirindən danışıb. İnam və pozitivliyin uğura göstərdiyi təsiri videogörüntülərlə izah edən NLP ustadı müsbət fikrin qələbədə nə qədər mühüm rol oynadığını tələbələrin diqqətinə çatdırıb. Kütlə qarşısında çıxış barəsində fikirlərini bölüşən Ş.Şahbazov tələbələrin suallarını cavablandırıb.

Nurlan Ağa

BDU jurnalistika fakültəsinin III kurs tələbəsi


Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026