Jurnalistika fakültəsinin əməkdaşları beynəlxalq konfransda çıxış edib

06/05/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Vəfa İsgəndərova Azərbaycan Turizim və Menecment Universitetində “Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri”  mövzusunda keçirilən beynəlxalq konfransda “Distant təhsilə keçid, problem və perspektivlər” mövzusunda məruzə edib. V.İsgəndərova pandemiya dövründə onlayn təhsilin tətbiqi, qarşıya çıxan problemlərdən danışıb, bu cür təhsilin hansı perspektivləri olduğunu vurğulayıb.

“Jurnalistika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Ağayeva isə “Дистанционнное обучение в условиях пандемии: плюсы и минусы» (“Pandemiyada dövründə məsafədən təhsil: müsbət və mənfi tərəflər") mövzusunda çıxış edərək pandemiya dövründə ənənəvi təhsildən distant təhsilə keçid prosesində müsbət və mənfi cəhətləri nümunələr əsasında konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026