Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub.Tədbirdə rektor akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak ediblər. Yüksək zövqlə təmir edilmiş, müasir avadanlıqlarla təmin olunmuş Kadrlar şöbəsinin universitet həyatında mühüm yer tutduğunu deyən rektor Abel Məhərrəmov şöbənin 7 nəfər əməkdaşının böyük bir kollektivə, müəllim, professor və texniki işçilərə xidmət etdiyini, onlara diqqət və qayğıyla yanaşıldığını bildirib. Akademik Abel Məhərrəmov ölkəmizin sürətlə inkişaf etməsindən, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb, qloballaşan dünyada informasiya texnologiyalarının tətbiqindən, bunun Azərbaycanda həyata keçirilmə mexanizmlərindən bəhs edib. Kadrlar şöbəsinə yeni sədr təyinatının olduğunu qeyd edən rektor universitetin bütün qurumlarında olduğu kimi Kadrlar şöbəsində də uğurlu iş prinsipinin qurulmasından bəhs edib. Şöbədə forma və məzmunun birləşdiyini, bunun isə işə təsirsiz ötüşməyəcəyini qeyd edib. Şöbənin yenidən qurulmasında yeni rəis Səadət Namazovanın irəli sürdüyü təkliflərin dəyərləndirildiyini deyən rektor İqtisadi təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlının da əməyini xüsusi qeyd edib.

Bütün kollektiv adından rektor, akademik Abel Məhərrəmova minnətdarlıq edən Kadralar şöbəsinin müdiri Səadət Namazova yeni iş şəraitinin onlara əlavə stimul olacağını bildirib. Açılış mərasimində çıxış edən prorektor Nəbi Ramazanlı da yaradılmış şəraitə görə rektora təşəkkür edib.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyul 2011-ci il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023