Kaliforniya Universitetinin professoru mühazirə oxuyub

13/05/2010

BDU-nun Akademik Təqaüdçülər Proqramı çərçivəsində universitetə dəvət olunan ABŞ-ın Kaliforniya Universitetinin professoru İsabel Marcus mayın 13-də tələbələr üçün mühazirə oxuyub. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, eyni zamanda Tarix fakültəsinin Amerikanşünaslıq ixtisasının tələbələrinin iştirak etdiyi mühazirə sonuncu yüz illiyin ən aktual mövzularından olan “ABŞ-da Sosial Ədalət Hərəkatı”na həsr olunub. Professor insan hüquqlarının qorunması, qadın və kişi bərabərliyinin, ədalət hərəkatlarının tarixi və mədəniyyəti məsələlərinə toxunub, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Mövzuya yüksək marağı müşahidə edən professor İsabel Marcus bu səpkili muhazirələri davam etdirəcəyini bildirib.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026