Kanadanın Alberta Universitetinin əməkdaşı BDU-nun qonağı olub

10/10/2013

Kanadanın Alberta Universitetinin Beynəlxalq Əlaqələr üzrə ofisinin mütəxəssisi Dan Frederik Bakı Dövlət Universitetinin qonağı olub. Alberta Universiteti (AU) Kanadanın ən böyük universiteti olmaqla yanaşı, həm də ən nüfuzlu təhsil ocaqlarından biridir. Universitet 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramının üstünlük verdiyi universitetlər siyahısındadır. Son illərdə 12 azərbaycanlı gənc universitetin tələbəsi olub.

Bakı Dövlət Universitetinin tələbələri, eyni zamanda səkkiz fakültədə ingilisdilli bölmələrdə təhsil alan gənclər bu tədbirdə iştirak ediblər. D. Frederik AU-da təhsil və tədqiqat imkanları haqqında, həmçinin universitetin fəaliyyət mexanizmi barədə geniş məlumat verib. Sonra o, tələbələrin suallarını cavablandırıb. D.Frederik əlavə məlumat almaq üçün universitetin broşürünü tələbələrə paylayıb.

Tədbirdə Beynəlxalq Proqramlar və Layihələr Şöbəsinin müdiri, dosent Təranə Mahmudova və həmin şöbənin mütəxəssisi Lalə Kərimova da iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 10 oktyabr 2013-cü il.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026