Karadeniz Texniki Universitetinin dosenti BDU-da elmi seminar keçirib

19/03/2025

Türkiyənin Karadeniz Texniki Universitetinin Molekulyar biologiya və genetika şöbəsinin dosenti Murat Erdem Güzel Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Bitki molekulyar sistematika tədqiqatları üçün multi nümunələmə metodologiyasının istifadəsi” mövzusunda onlayn seminar keçirib.

Fakültənin dekanı, professor Afət Məmmədova molekulyar sistematika sahəsində yeniliklər barədə məlumat verib, çoxlu nümunələmə metodunun əhəmiyyəti və bu metodun tətbiqinə dair praktiki yanaşmaların müzakirəsinin vacib olduğunu bildirib.

Murat Erdem Güzel məruzəsində bitki sistematikasının molekulyar yanaşmalarla daha dəqiq tədqiq oluna biləcəyini deyib. O qeyd edib ki, multisamplinq metodologiyası endemik növlərin dəqiq müəyyən edilməsi və onların təkamül tarixçəsinin izahında mühüm rol oynayır. Bu yanaşmanın əhəmiyyətini göstərmək üçün o, Azərbaycanın endemik bitkilərindən biri olan Bakı keçəotusu (Nonea bakuensis) üzərində aparılmış tədqiqatları nümunə kimi təqdim edib.

Seminar çərçivəsində filogenetik ağac anlayışı və onun sistematik tədqiqatlardakı rolu da müzakirə olunub.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026