“Kaspi” Təhsil Şirkəti ilə “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərinin sərgisi açılıb

18/04/2018

Azərbaycan  Xalq Cümhuriyyəti və Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə “Kaspi” Təhsil  Şirkəti ilə BDU nəzdindəki  “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı olub. “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyəti və BDU-nun 100 illik yubileylərinə həsr olunmuş tədbirin əhəmiyyətini qeyd edib, onun işinə uğurlar arzulayıb. “Kaspi”nin yaranma tarixindən, missiyasından və gələcək hədəflərindən bəhs edən Sona Vəliyeva “Kaspi” Təhsil Şirkəti və Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb, liseylərarası əlaqələri yüksək qiymətləndirib. Hər iki lisey şagirdlərinin çəkdikləri rəsm əsərlərinin yüksək peşəkarlıqla qələmə alındığını bildirən Sona Vəliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı”nın qəbulundan sonra bu proqrama uyğun olaraq 2007-ci ildən fəaliyyətə başlayan “Gənc istedadlar” liseyinin başlıca vəzifə və hədəflərindən bəhs edib. Liseyin əməkdaşlıq etdiyi təhsil müəssisələrindən danışan rektor “Kaspi” Təhsil Şirkəti ilə əlaqələri xüsusilə qeyd edib və bu qurumun fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi ugurları diqqətə çatdırıb. BDU-nun rektoru sonda rəsm sərgisinin şagirdlərin gələcək fəaliyyətləri və yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından böyük bir stimul olacağını bildirib.

Tədbirdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib və şagirdlərin istedadını yüksək qiymətləndiriblər.

Sonra “Kaspi” Təhsil Şirkəti və “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərləri nümayiş etdirilib.

Hər liseydən 5 nəfər olmaqla on şagird 1-ci, 2-ci və 3-cü yerlərin qalibi olub, digər şagirdlərə isə Fəxri Fərmanlar təqdim edilib.

Onu da bildirək ki, yaxın günlərdə liseylərarası stolüstü tennis, şahmat, futbol və intellekt yarışlarının keçirilməsi nəzərdə tutulur.

Mətbuat və informasiya şöbəsi, 18 aprel 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024