Kazan Federal Universitetinin dosenti BDU-nun Filologiya fakültəsində ustad dərsi keçib

19/12/2018

Kazan Federal Universitetinin dosenti Ayqul Salahova artıq 10 il Kazan Federal Universitetində apardığı “Rus kinosu” xüsusi kursunun materialları əsasında “Kino rus dünyasına bir pəncərə kimi (dərslərdə audio-vizual vasitələrdən istifadə)” mövzusunda BDU-nun Filologiya fakültəsinin müəllimləri üçün ustad dərsi keçib.

Məruzəçi bildirib ki, cəlbedici, eyni zamanda mürəkkəb incəsənət növü olan kino rus dilinin öyrənilməsi zamanı kommunikativ bacarıqların inkişafı və təkmilləşdirilməsində çox gözəl stimuldur. Ənənəvi olaraq filmlərlə iş müəyyən mövzular çərçivəsində sovet və Rusiya kinoları arasındakı dialoqunun öyrənilməsinə yönəldilib. Bundan başqa, kursun materialları bədii mətnlər və onların ekranlaşdırılması ilə bağlı sənədli filmlərlə tamamlanır.

A.Salahovanın çalışdığı Kazan Federal Universitetinin “Rus dili xarici dil kimi” kafedrası “Kinodakı kimi” dərsliyini çap edib. Hazırda kafedra kino və ekranlaşdırma kursları üzrə yeni dərs vəsaitləri hazırlayır.

Sonda öz məmnunluğunu ifadə edən qonaq bildirib ki, ustad dərsi boyunca iştirakçıların peşə marağı və xoş münasibəti ona gələcək metodik işlərində yeni stimul verəcək.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026