Kimya fakültəsində 3 ixtisas üzrə mütəxəssis hazırlanır

24/08/2022

Bakı Dövlət Universitetinin Kimya fakültəsində 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 30 tədris laboratoriyası fəaliyyət göstərir. Fakültənin elmi-tədqiqat və tədris  laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub.  Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində fəaliyyət göstərən laboratoriyalarda tədqiqat aparmaq imkanına malikdirlər.

Fakültədə Ümumi və qeyri-üzvi kimya,Üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, Neft kimyası və kimya texnologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Kimyanın tədrisi metodikası kafedraları fəaliyyət göstərir.

Fakültədə “Kimya”, “Kimya mühəndisliyi”, “Kimya müəllimliyi” ixtisasları üzrə kadr hazırlığı aparılır.

“Kimya” ixtisasında universal kadr hazırlığı aparılır, bu ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi-tədqiqat institutlarında işləyə bilərlər.

“Kimya müəllimliyi” ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta məktəblərində, liseylərində kimya fənnini tədris edə bilərlər.

“Kimya mühəndisi” ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026