Kimya fakültəsində birinci kurs tələbələri ilə virtual görüş baş tutub

02/11/2020

2020-ci il 2 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş kecirilib. Görüşdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Fakültə dekanı, professor Abdulsəyid Əzizov tələbə adını qazanmış gəncləri təbrik edərək fakültə haqqında onlara ətraflı məlumat verib. Dekan bildirib ki, ölkənin flaqman elm ocağı olan BDU-da keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcuddur və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunur.

Virtual görüşdə iştirak edən dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Namiq Şıxəliyev onlayn və ya ənənəvi formada olmasından asılı olmayaraq hər bir tələbəyə onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər.

Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026