Kimya fakültəsində Milli Qurtuluş Günü qeyd olunub

14/06/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 15 İyun  - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov Azərbaycanın şanlı tarixində Qurtuluş gününün əhəmiyyəti, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda ictimai siyasi sabitliyin bərqərar olması barəsində danışıb.

Daha sonra Kimya fakültəsi Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov çıxışında ölkəmizdə 1993-cü il 15 iyun tarixi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sonsuz minnətdarlıq hissi ilə xatırlanır. Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, milli-mənəvi və dini dəyərlər sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar haqqında ətraflı məlumat verib.

Tədbirdə Kimya fakültəsinin TGT üzvləri Sevinc Həsənova və Zeynəb Qədirova 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş çıxış ediblər.

Tədbir Milli Qurtuluş günü haqqında hazırlanmış videoçarxın təqdimatı ilə yekunlaşıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024