Kimya fakültəsində "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilib

13/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli Liderimiz - Heydər Əliyev” mövzusunda onlayn tədbir keçirilib.

Microsoft Teams platforması üzərindən keçirilən tədbirdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov açaraq Ümummilli Lider Heydər Əliyevin azərbaycanlı olmağı ilə daim fəxr etdiyini, bütün şərəfli ömrünü, qüvvəsini dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmlətməyə yönəltdiyini qeyd edib.

Tədbirdə tələbələr - Əhmədova Rahilə “Heydər Əliyev və Azərbaycan gənclər siyasəti”, fakültə Tələbə Gənclər Təşkilatının sədr müavini Həsənova Sevinc “Heydər Əliyevin həyatı”, II kurs tələbəsi Həsənova Ayşə “Heydər Əliyev və Bakı Dövlət Universiteti”, Məmmədzadə Şəhanə “Heydər Əliyevin siyasi fəaliyyəti və prezidentlik dövrləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli, fakültənin müəllimləri - Namiq Şıxalıyev, İbrahim Məmmədov, Famil Çıraqov, Səkinə Mirzəliyeva, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxışları dinlənilib.

Çıxışlarda müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin  çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışılıb. Azərbaycan tarixində dərin iz qoymuş dahi şəxsiyyətin bütün şərəfli ömrünü Azərbaycanı dünyada tanıtmağa həsr etdiyi qeyd olunub. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğu və digər sahələrdə uğur, irəliləyiş və inkişafa nail olunduğuna diqqət çəkilib.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə bağlı çıxışlar səsləndirilib.

Sonda Tələbə Elmi Cəmiyyətinin gələcək fəaliyyətində “Xarı Bülbül” mövzusunda tələbələrin elmi konfransının keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024