Kimya fakültəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

07/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn formatda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarış  Azərbaycan Respublikasinin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Münsiflər heyəti və komandalara nəzarət edən TEC-nin sədri Rahilə Əhmədova yarışın qaydaları barədə iştirakçıları məlumatlandırıb. Layihə rəhbəri-TEC-nin sədr müavini İsa İsayevin təklifi ilə Şəhidlərimizin əziz xatirəsinə etiram əlaməti  olaraq yarışda iştirak edın komandalara Şəhidlərin adları verilib.

Microsoft Tems platformasinda yaradılan 12 komandanın aparıcıları kimi TEC idarə heyətinin aşağıdakı üzvləri təsdiqlənib: İsa İsayev - “Allahverdi Bağırov”; Zenfira Hüseynova - “Kənan İsrafilov”; Daşqın Abdullayev - “Polad Həşimov”; Solmaz Məmmədli - “Cəbrayıl Dövlətzadə”; Fərəh Kərimli - “Mübariz İbrahimov”; Sevinc Həsənova - “Raquf Orucov”; Zeynəb Qədirova - “Albert Aqarunov”; Arzu Süleymanova - “Xudayar Yusifzadə”; Vəfa Piriyeva - “Əli Vəliyev”; Əli Qədirli - “Şərif Həmidov”; Sevda Həsənova - “İlqar Zeynallı”; Ayşə Həsənova - “Musa Əsgərov” komandasının kapitanı olub.

4 tur, hər turda 9 sualı cavablandırmaqla baş tutan intellektual yarışda suallar dünyagörüşü, məntiq, tarix, idman, təhsil, hərbi vətənpərvərlik və s. sahələri əhatə edib.  Tələbələr 6 nəfərdən ibarət komandalar şəklində təmsil olunublar. Solmaz Məmmədlinin kapitanı olduğu “Cəbrayıl Dövlətzadə” komandası 20 balla qalib gəlib.

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026