Kimya fakültəsində növbəti elmi seminar keçirilib

05/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakultəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Spetroskopik və Xromotoqrafiya metodların kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və həmin laboratroriyanın kiçik elmi işçisi Mircavid Ağayev Nüvə Maqnit Rezonans spektroskopiyası və Xromotoqrafik metodların əsas prinsipləri, onların elmi tədqiqatda və sənayenin müxtəlif sahələrində rolundan bəhs ediblər.

Eyni zamanda tələbələr onlara verilən tapşırıqlar əsasında, müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.

Fakültənin tələbələri - Şirinxanım Beydiyeva, Gülxar Xəlilova və Ayşə Qocazadə "Maye və qaz xramotoqrafiyasın kimyada tətbiqi" mövzusunda apardıqları tədqiqatın nəticələrini təqdim ediblər.

İnteraktiv şəkildə keçirilən elmi seminarda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026