Kimya fakültəsində onlayn görüş keçirilib

23/11/2020

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə fakültənin Tələbə Gənclər Təşkilatının (TGT) onlayn görüşü keçirilib. Görüşdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Fakültənin dekan mavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli görüş iştitakçılarını Ağdam rayonun işğaldan azad olunması münasibəti ilə təbrik edərək, Azərbaycan ordusunun qazandığı qələbələr haqqında  ətraflı məlumat veriblər. Bildirilib ki, ölkənin flaqman elm ocağı olan BDU-da fəaliyyət göstərən tələbə təşkilatları təlbələrimizin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Tələbələrin Universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açılıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyü vurğulanıb.

Fakültə Tələbə Gənclər Təşkilatının sədr əvəzi Əli Qədirli təşkilatın tarixi, məqsəd və vəzifələri, təşkilatın nəzdində olan klublar haqqında geniş məlumat verib.

Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026