Kimya fakültəsində “Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib

21/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya Fakültəsinin Tələbə Gənclər Təşkilatının  (TGT) təşəbbüsü ilə onlayn formatda “Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib. Yarışda “Ağdam”, “Füzuli”, “Şuşa”, “Laçın”, “Qubadlı”, “Zəngəzur”, “Murovdağ”, “Suqovuşan”, “Lələtəpə”, “Hadrut”, “Xocalı”, “Kəlbəcər”, “Xankəndi” və “Xarıbülbül” komandaları birinci yer uğrunda mübarizə aparıb.

Xəmsə Milli İntelektual Oyununun şərtlərinə uyğun olaraq keçirilən yarışda “Murovdağ” komandası 1-ci, “Lələtəpə” komandası 2-ci, “Suqovuşa”n komandası isə 3-cü yerin qalibi olub.

İştirakçılara TGT tərəfindən sertifikat, 1-ci yerin qalibi olan komandaya internet paketi və ilk 3 yerə çıxan komandaların fəal üzvlərinə yazıçı Elbrus Kəlbiyevin imzalı kitabı hədiyyə edilib.

Qeyd edək ki, Universitetdə davamlı olaraq təşkil olunan bilik yarışları tələbələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında, bilik və bacarıqlarının qiymətləndirilməsində və asudə vaxtlarını səmərəli istifadəsində mühüm rol oynayır.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026