Kimya fakültəsində Respublika Gününə həsr olunmuş tədbir keçirilib

31/05/2021

Bakı Dövlət Universiteti Kimya fakültəsində tələbə təşkilatlarının – Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin ortaq təşəbbüsü ilə 28 May – Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kİmya fakültəsinin dekanı professor Abdulsəyid Əzizov  Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu bildirmiş və 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuzun qazandığı zəfərdən danışıb. Tədbirdə dekan müavini Taleh Qəhramanov, Fiziki və kolloid kimya kafedrasının müdiri Eldar Əhmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aysel Rəhimova Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayev, fakültənin birinci kurs tələbələri - Əzizə Fərəcova və Ayşə Qocazadə 28 may - Respublika Günü ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirdə Respublika Günü ilə bağlı videoçarx nümayiş olunub.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026