İkinci “Yüksəliş” müsabiqəsinin qalibi BDU-nun tələbələri ilə görüşüb

10/05/2024

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayevin BDU-nun tələbələri ilə görüşü keçirilib.

Görüşdə “Strateji düşüncə” mövzusu müzakirə edilib. Strateji düşüncənin gənclərin karyera planlamasında mühüm rol oynadığı bildirilib. Tələbələrə bilik və bacarıqlarının artırılması yönündə diqqət etməli olduqları məqamlar izah edilib.

Fərid İsayev bildirib ki, strateji düşüncə qabiliyyəti olmadan uğurlu biznes qurmaq mümkün deyil. Çünki məhz onun köməkliyi ilə uzunmüddətli hərəkət planı təşkil etmək, kapitalı hara yatırmaqla bağlı qərar vermək, resurslardan necə istifadə etmək və son nəticəni proqnozlaşdırmaq mümkündür.

İnteraktiv formatda keçirilən görüşün sonunda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin yetişdirilməsidir.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub
23/10/2026

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026