“Kitab qurdu” adlı klub yaradılıb

11/03/2019

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə  “Kitab qurdu” adlı klub yaradılıb. Kluba fakültənin ədəbiyyata və mütaliəyə həvəsi olan istedadlı tələbələri üzv olub. İlk olaraq azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas və tərcüməçi Abdulla Şaiqin “Tələbə həyatı” əsəri müzakirəyə qoyulub.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. TEC-nin rəhbəri Vəfa İsgəndərova Abdulla Şaiqin “Tələbə həyatı” pyesini müstəqilliymizə və Bakı Dövlət Universitetinin qurulmasına həsr etməsi haqqında məlumat verib. Fakültə tələbələri əsərdə olan obrazlar haqqında fikir mübadiləsi aparıblar.

Müzakirədə sosial məsələlər üzrədekan müavini Aytəkin Zeynalova, "Jurnalistika" ETL-in elmi işçiləri Günel Orucəliyeva və Güney Fridunbəyli də iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 12 mart 2019-cu il.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026