Kitabxanaçılıq informasiya fakültəsinin əməkdaşlarının “Elektron kitabxanalar” adlı dərs vəsaiti nəşr edilib

07/12/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq informasiya fakültəsinin dekanı, dosent A.Qurbanov, dosent P.Kazimi və O.Quliyevin  birgə hazırladığı “ Elektron kitabxanalar” adlı dərs vəsaiti nəşr edilib. Elektron kitabxanaların yaradılması istiqamətində nəzəri biliklərin çatdırılmasında aktuallıq kəsb edən dərs vəsaitinin yazılmasında məqsəd Azərbaycan kitabxana ictimaiyyətinə, xüsusilə kitabxanaçılıq-informasiya ixtisası üzrə təhsil alan tələbələrə ABŞ və Böyük Britaniya mütəxəssislərinin elektron kitabxanalar haqda elmi-tədiqat işlərini sistemli şəkildə çatdırmaq, bir sıra milli və beynəlxalq elektron kitabxanaların yaradılması layihələri hada məlumat verməkdir.  Bu səbəbdən dərs vəasiti problem mühazirələrdən ibarətdir.

Dərs vəsaitində öncə elektron kitabxanaların yaradılmasının obyektiv səbəbləri və nəzəri məsələləri şərh edilib. Burada elektron kitabxanaların təyinatı, funksiyaları, əsas xarakteristikaları, təsnifatı verilib, elektron kitabxanaların təkamülü, milli və beynəlxalq elektron kitabxana layihələri, onların növləri araşdırılıb. Həmçinin elektron kitabxana resurslarının tipologiyası, təsnifatı, formatları təhlil edilərək elektron kitabxanalarda tətbiq edilən standart və protokollar haqqında məlumat verilib. Elektron kitabxana fondlarının komplektləşdirilməsi məsələləri ayrıca paraqrafda təqdim edilib.

Elektron kitabxanaların yaradılması metodikası dərs vəsaitinin ikinci fəslində şərh edilib. Bu fəsildə elektron kitabxanaların yaradılmasının, həmçinin açıq çıxış kodlu elektron kitabxanaların proqram təminatı verilib, müxtəlif proqram məhsullarının, məsələn, "Flippingbook publisher" proqramı, "Mega Pro" avtomatlaşmış kitabxana informasiya sistemi və ABBYY FineReader proqramı vasitəsilə tammətnli elektron kitabxana resurslarının yaradılması metodikası oxuculara təqdim edilib.

Dərs vəsaiti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyininlayihəsi əsasında nəşr edilib.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.


Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025