Kitabxanaçılıq-informasiya fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

05/11/2020

2020-ci il 5 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Virtual görüşdə fakültənin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov Universitetə qəbul olmaq münasibətilə tələbələri təbrik edərək, Universitetin tarixi, bu günü, görkəmli məzunları ilə bağlı məlumat verib, Ümummilli Liderimiz Heydər Əliyevin də məzunu olmaqdan fəxr etdiyi Bakı Dövlət Universitetində onlara mütəxəssis kimi yetişmək üçün hər bir şəraitin yaradıldığını bildirib. Vurğulanıb ki, bu tədris ilinin tələbələri möhtərəm Preizidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının onların ilk tələbəlik illərinə təsadüf etməsinin haqlı qürurunu yaşaya bilərlər.

Sonra tələbələrə fakültə və seçdikləri ixtisas haqqında, BDU-dakı mövcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verilib. Tələbələrə həmçinin dərs cədvəli, qiymətləndirmə, mühazirə, məşğələ, laboratoriya dərsləri ilə bağlı əsas anlayışlar izah olunub.

Microsoft Teams platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026