Kitabxanaçılıq-informasiya fakültəsində valideynlərlə görüş

18/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində valideynlərlə onlayn görüş keçirilib. Görüşdə 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əldə etmiş tələbələr və onların valideynləri iştirak edib.

Görüşü giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı əlaçı tələbələrin valideynlərini payız imtahan sessiyasında övladlarının əldə etdiyi yüksək göstəricilər münasibətilə təbrik edib, onlara yüksək intellektli, eyni zamanda vətənpərvər ruhlu övladlar yetişdirdikləri üçün minnətdarlığını bildirib. O, yüksək nəticə əldə edən tələbələrin dekanlıq tərəfindən “Fəxri fərman”la mükafatlandırıldığını da görüş iştirakçılarının nəzərinə çatdırıb.

Görüşün təşkilindən məmnunluqlarını ifadə edən valideynlər istər imtahan sessiyası müddətində, istərsə də tədris prosesi zamanı tələbələrə göstərilən hərtərərfli diqqət və qaygıya görə Universitet rəhbərliyinə və pedaqoji kollektivə təşəkkürlərini bildiriblər. Valideynlər Universitet rəhbərliyinin hər zaman tələbəyönümlü qərarlar qəbul etməsindən, xüsusilə imtahanların gedişində yaradılmış şəraitdən, tələbələrə göstərilən humanist münasibətdən razı qaldıqlarını vurgulayıblar. Keçirilən görüşün Universitet-valideyn münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən valideynlər bu kimi görüşlərin tələbələrdə məsuliyyət hissini daha da artıracağını, həmçinin gələcəkdə daha yaxşı nəticələrin əldə olunmasında stimul olacağına əmin olduqlarını qeyd ediblər.

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026