Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Elmi Kitabxanada istehsalat təcrübəsində

26/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Elmi Kitabxanada istehsalat təcrübəsində olublar.

Tələbələr təcrübə dövründə Elmi Kitabxananın yaranma tarixi, fəaliyyəti, strukturu, fondu, kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi və digər iş üsulları ilə yaxından tanış olublar. Kitabxananın bütün fəaliyyət istiqamətləri üzrə nəzəri və praktiki biliklərə yiyələnən tələbələr təcrübə müddətində Elmi Kitabxanada keçirilən müxtəlif kütləvi tədbir  və kitabxanadaxili proseslərdə iştirak ediblər.

Tələbələr həmçinin Elmi Kitabxananın respublika ali məktəb kitabxanalarının metodik mərkəzi kimi fəaliyyəti, Azərbaycan İnformasiya Konsorsiumu çərçivəsində gördüyü işlər, xüsusilə EİFL.net Beynəlxalq Konsorsiumu ilə əməkdaşlığı barədə məlumatlandırılıb, EBSCHost platformasında interaktiv axtarış mövzularında təlimlərdə fəallıqları ilə seçiliblər.

İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyi, təcrübə rəhbərləri, kitabxananın peşəkar mütəxəssislərinin iştirakı ilə tələbələrin təcrübə nəticəsində əldə etdikləri biliklərlə bağlı müzakirələr aparılıb, onların fəaliyyəti qiymətləndirilib.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026