“Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində növbəti görüş BDU tələbələri ilə keçirilib

17/12/2019

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Bakı Dövlət Universitetində təhsil alan tələbələrlə görüşüb. Görüş “Könüllü qida nəzarətçisi” proqramı çərçivəsində baş tutub.
Görüşdə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin fəaliyyət istiqamətləri barədə tələbələrə ətraflı məlumat verib.
M.Piriyev bildirib ki, layihənin həyata keçirilməsinin əsas məqsədi qida təhlükəsizliyinin təmin edilməsində ictimai nəzarət mexanizminin gücləndirilməsini, gənclərin prosesdə aktiv iştirakını təmin etməkdir.
Layihəyə əsasən, universitetdə uyğun ixtisaslarda təhsil alan tələbələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təcrübə keçərək bilikləri yoxlanıldıqdan sonra əməkdaşlığa cəlb olunacaqlar.
Könüllülər arasında fərqlənən şəxslər mükafatlandırılacaq və gələcəkdə daha perspektivli olan tələbələr işə cəlb olunacaq.
Tədbirin sonunda tələbələrə maarifləndirici bukletlər paylanılıb və onların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026