“Könüllülər Parlamenti Azərbaycan” layihəsi təqdim olunub

09/10/2017

“ASAN Könüllüləri” Təşkilatı gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradacaq “Könüllülər Parlamenti Azərbaycan” layihəsinə növbəti dəfə start verib.

  1. Əsas məqsədi gənclərin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaq olan layihə haqqında tələbələrə geniş məlumat verilib.

Qeyd edək ki,  dörd gün ərzində Şamaxıda baş tutacaq layihədə iştirakçılar özləri seçəcəkləri müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar.

“Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunacaq. Seçiləcək 80 nəfər gənc Milli Məclisin simulyasiyasının  dörd günlük sessiyalarında iştirak etmək üçün Şamaxı şəhərinə səfər edəcəklər. Eyni zamanda gənclər layihənin gedişi zamanı yalnız simulyasiya ilə kifayətlənməyəcək, bir neçə sosial aksiyada iştirak edəcəklər.

Layihəyə seçiləcək şəxslər 6-8 oktyabr tarixlərində siyasi analitiklər, politoloqlar və millət vəkilləri tərəfindən qoyulmuş mövzularla bağlı xüsusi təlimlərə qatılacaqlar.

Mətbuat və informasiya şöbəsi, 09 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
25/12/2025

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
25/12/2025

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar
25/12/2025